"Zara" və "Bershka"-nın 9 ayda gəlirləri 4,449 milyard avro olub

16:26 - 11.12.2024


11 dekabr, Fineko/abc.az. İspaniyanın "Inditex" geyim şəbəkəsinin bu ilin 9 ayında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat şirkətin hesabatında öz əksini tapıb. Qeyd edilir ki, xalis mənfəət 8,5% artaraq 4,449 milyard avroya çatıb. Bu da rekord səviyyə hesab olunur.

Satışlar 2023-cü ilin ilk doqquz ayı ilə müqayisədə 7,1% artaraq 27,422 milyard avroya çatıb. Xatırladaq ki, "Inditex" geyim şəbəkəsin "Zara" və "Bershka" brendləri daxildir.