Azərbaycanın ixrac etdiyi tütün xammalın həcmi də, qiyməti də artıb

16:34 - 11.12.2024


11 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 22,312.8 min dollar dəyərində 7,254 ton tütün xammalı ixrac olunub.

ABC.AZ xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün xammalı ixracında 3,2 dəfə, satılmış məhsulun dəyərində isə 4,5 dəfə artım qeydə alınıb.