Avropa Parlamenti daxili yanma mühərrikli avtomobillərin tam qadağasını ləğv etməyi təklif edir

17:04 - 11.12.2024


11 dekabr, Fineko/abc.az. Avropa Parlamenti 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərin tam qadağasını ləğv etməyi təklif edir. Təşəbbüsün müəllifləri hesab edirlər ki, avtomobil sənayesindəki mövcud ağır vəziyyət fonunda daxili yanma mühərrikinə heç olmazsa hibrid elektrik stansiyalarının bir hissəsi kimi icazə verilməlidir.

ABC.AZ xəbər verir ki, həmçinin, ideya müəllifləri gələn il qüvvəyə minməli olacaq zərərli maddələrin emissiyası üzrə standartların sərtləşdirilməsinin təxirə salınmasına nail olmaq istəyirlər.

Avropa avtomobil istehsalçıları müəyyən edilmiş normalardan artıq hər qram CO2 üçün cərimələr ödəyirlər və sanksiyalar istehsal olunan hər bir avtomobilə şamil olunur. Renault rəhbəri Luca De Meo, yalnız gələn il bu cür cərimələrin məcmu həcminin 15 milyard avroya çata biləcəyini təxmin edir.