17:16 - 11.12.2024
11 dekabr, Fineko/abc.az. "OPEC+" ölkələri noyabr ayında neft hasilatını əsasən Qazaxıstan hesabına gündəlik 140 min barel artırıb.
Neft hasilatının azaldılması ilə bağlı sövdələşmədə iştirak edən "OPEC+" ölkələri noyabr ayında neft hasilatını əsasən Qazaxıstan hesabına gündəlik 140 min barel artırıb.
ABC.AZ xəbər verir ki, bu barədə OPEC-in dekabr hesabatında deyilir.
Ümumillikdə "OPEC+" könüllü ixtisarları və kompensasiyaları nəzərə almaqla, plandan aşağı neft hasil edib.
Razılaşmadan azad olan Liviya, İran və Venesuela olmadan alyans ölkələrinin hasilat həcmi sutkada 35,228 milyon barel təşkil edib. Noyabr ayı üçün nəzərdə tutulmuş bütün könüllü məhdudiyyətlər və kompensasiya cədvəlləri nəzərə alınmaqla, "OPEC+" ölkələri sutkada 35,48 milyon barel hasil etməli idi. Beləliklə, ittifaq planın altında istehsal edib.
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025