İş adamı Qafar Dəmirçi həbs edildi - Təbiətə 8 milyon manatdan çox ziyan vurub

17:22 - 11.12.2024


11 dekabr, Fineko/abc.az. “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib.

ABC.AZ-ın məlumatına görə, şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox - təxminən 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib. (Qafqazinfo)