10:36 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 2025-ci ildə 1,5 milyard manat səviyyəsində proqnozlaşdırılıb.
ABC.AZ xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Onun sözlərinə görə, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9% çoxdur.
A. İsmayılov bildirib ki, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrdə artım nəzərdə tutulub.
“Sənaye məhsullarının istehsalı üzrə 3,7%, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 2,5%, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti-quraşdırma işləri üzrə 10,5 % artım proqnozlaşdırılıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada ÜDM istehsalı 1,1 artaraq 1 milyard 192 milyon 600,1 min manat təşkil edib.
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
23 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025