11:10 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. “Porsche” şirkəti Çində diler şəbəkəsini 30% azaltmağı planlaşdırır. Belə bir qərarın səbəbi bu il baş verən satışların çökməsi olub.
ABC.AZ xəbər verir ki, ilk üç rübün nəticələrinə görə, mənfi 29% təşkil edib.
Hazırda “Porsche”nin Çində 138 avtosalonu var. 2026-cı ilin sonuna qədər 100-ə yaxın qalacaq. Şirkət həmçinin Çinə investisiya proqramına yenidən baxacaq. İnvestisiya yalnız uzunmüddətli perspektivdə qazanc təmin edəcək bölgələrə qoyulacaqdır.
Səkkiz il ərzində Çin marka üçün ən böyük bazar olaraq qalırdı. 2021-ci ildə ölkədə 95,7 min, Avropada 86,2 min, ABŞ-da 70 min avtomobil satılmışdı. Sonra tənəzzül başladı, 2022-ci ildə 2%-dən bu ilin üç rübündə 29%-ə yüksəldi.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025