11 ayda 560 169 “ASAN İmza” elektron imza sertifikatı verilib

14:10 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 560 169 “ASAN İmza” elektron imza sertifikatı verilib.

Dövlət Vergi Xidmətindən ABC.AZ- bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,6 % çoxdur.

Hesabat dövründə “ASAN İmza” 350 935 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 44,6 % çoxdur.