14:15 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. Azərbaycanda hazırda hər bir vətəndaş, hüquqi və ya fiziki şəxs, 100 kilovata qədər gücündə bərpa olunan elektrik enerjisi (günəş enerjisi – red.) sistemini qura bilər.
ABC.AZ xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Bu, kifayət qədər böyük rəqəmdir. Məsələn, ortalama bir ailəyə lazım olacaq günəş panellərinin tutumu 4-5 kilovatdır”, – nazir müavini qeyd edib.
Onun sözlərinə görə, bu cür sistemlərdən istifadə edən vətəndaşlar artıq enerji istehsalı olduqda, onu ümumi enerii sisteminə sata bilir, əskik istehsal olduğu halda isə, onu ala bilir:
“Bu artıq gerçəklikdir və bunu həyata keçirən bir çox uğurlu layihələr var Azərbaycanda”. (APA)
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025