Valyuta hərracında banklar tələbi 7,2% artırıb

14:26 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, dekabrın 12-də keçirilən valyuta hərracında bankların tələbi 70,0 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 4,7 milyon dollar (7,2%) çoxdur. Dekabrın 10-da keçirilən valyuta hərracında AMB banklara 65,3 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.