14:27 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. 2024-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olmuş, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 18.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.4 faizi təhsil, 12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.8 faizi tikinti, 6.4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 3.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7.8 faiz artaraq 993.2 manat təşkil edib.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025