Bakıda və digər şəhərlərdə 7000-dən çox mənzil qəzalıdır

14:37 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. “Bakı və digər şəhərlərdə ümumilikdə 200-dən çox bina, 7000-dən çox mənzil qəzalı vəziyyətdədir”.

ABC.AZ xəbər verir ki, bunu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, binaların bəziləri ilə bağlı işlər artıq təşkil olunub:

“Bununla bağlı həm özəl sahibkarların, tikinti şirkətlərinin investor kimi cəlb olunması, həm də dövlət vəsaiti hesabına qəzalılığın aradan qaldırılması nəzərdə tutulub”.