15:01 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. Azərbaycanda 2023-cü ildə aqrarbizneslər 1 milyard 631 milyon manatlıq gəlir əldə etməklə 2022-ci ili üstələyib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da aqrar bizneslərin keçən ilki göstəricidən 246.76 mln. manat və ya 18% artımı deməkdir.
Aqrar bizneslərin gəlirlərinin əsas hissəsini malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlirlər təşkil edib. Bu gəlirlər illik 18 faiz artım göstərək hesabat ilinin sonuna 1 mlrd. 557 mln. manat üzərində olub.
Sahibkarlıq subyektlərin xərclərinin əsas hissəsi əməliyyat xərcləri təşkil edir. Əməliyyat xərclərinin 673 mln. manatı xammal və material xərcləri, yalnız 190 mln. manatını əmək haqqı ödənişlərindən ibarətdir.
Beləliklə, hesabat müddətində aqrobizneslər 375 milyon manat mənfəət əldə etmiş olub. Bu 2022-ci ildəki 320 mln. manatdan 55 mln. manat və ya 17% çoxdur. Hesabatda qeyd edilir ki, mənfəətin 3 mln. manatı mikro, 52 mln. manatı kiçik və 122 mln. manatı isə orta biznesin payına düşür.
Şirkətin bölüşdürülməmiş mənfəəti 214 mln. manatdan 266 mln. manata qalxıb.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025