15:31 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. Azərbaycan enerji sektorunu fəal şəkildə diversifikasiya edir, əsas diqqəti bərpa olunan enerji mənbələrinin inkişafına yönəldir, bunun sayəsində enerji sistemində BOEM-in payı 2035-ci ilə qədər 40%-ə çatacaq.
ABC.AZ xəbər verir ki, energetika nazirinin müavini Orxan Zeynalov deyib: "Biz əvvəlcə ölkənin enerji sistemindəki BOEM-ın payını 2030-cu ilə qədər 30%-ə çatdırmağı planlaşdırırdıq. Lakin cari templə bu göstərici 2030-ci ilə qədər 35%, 2035-ci ilə qədər isə 40%-ə çatacaq".
BOEM layihələrinə təxminən 2,5 milyard dollar sərmayə qoyulacaq.
"Bizim strategiyamız 2030-cu ilə qədər "yaşıl" enerjinin 7 GVT istehsalını və üç beynəlxalq enerji dəhlizi (Xəzər dənizi–Qara dəniz–Avropa, Azərbaycan–Orta Asiya–Avropa, Azərbaycan–Türkiyə - Avropa) vasitəsilə 5 GVT ixracını nəzərdə tutur", - deyə nazir müavini əlavə edib.
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
24 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025