15:42 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. Azərbaycanda 16 şəhərin baş planı üzərində iş gedir.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
“Son 6 ildə şəhərlərin 26 baş planı hazırlanıb və təsdiq olunub. Hazırda bütün ölkə üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə 16 baş plan üzərində iş gedir. Onlardan 9-u son mərhələdədir, yəni müvafiq qurumlarla razılaşdırma işi başa çatır. Ondan sonra həmin baş planlar Nazirlər Kabinetinə təsdiq üçün təqdim ediləcək. İsmayıllı şəhərinin baş planı da onlardan biridir və yekun mərhələdədir”, – A. Quliyev vurğulayıb. (Report)
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025