Bolqarıstan və Rumıniya yanvarın 1-dən Şengen zonasına qoşulacaq

16:01 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. Rumıniya və Bolqarıstan 1 yanvar 2025-ci il tarixindən etibarən Şengen zonasına tam qoşulacaqlar.

ABC.AZ xəbər verir ki, bu qərar dekabrın 12-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilib.

Bu, Avstriya bazar ertəsi Şengen zonasının genişləndirilməsinə veto qoyduğunu elan etdikdən sonra mümkün olub.

Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa Birliyinə qoşulub. 2010-cu ilə qədər Şengenə qoşulmaq üçün bütün texniki meyarları yerinə yetirdilər, lakin Avstriyanın qanunsuz miqrasiya qorxusu ilə bağlı müqaviməti ilə qarşılaşdılar.

2024-cü ilin mart ayında Bolqarıstan və Rumıniya "hava" Şengeninin üzvü oldu — hava və dəniz sərhədlərindəki digər 27 ölkə ilə pasport nəzarəti ləğv edildi. Lakin nəzarət quru sərhədlərində qaldı.

Noyabr ayında Rumıniya və Bolqarıstan Macarıstanla "sərhədlərin qorunması paktı"nı imzaladılar, bundan sonra Vyana yeni ölkələri Şengen bölgəsinə daxil etməyə razı oldu.