16:11 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 15 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,1 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
ABC.AZ xəbər verir ki, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,7%, fərdi sahibkarlar üzrə 1 %, bazar və yarmarkalarda 3,1 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq, o cümlədən 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları alıb.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025