17:13 - 12.12.2024
12 dekabr, Fineko/abc.az. Ukraynada inflyasiya səviyyəsi, oktyabr ayındakı 9,7% ilə müqayisədə, noyabr ayında illik hesabda 11,2%-ə yüksəlib.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (UMB) məlumatında deyilir.
İnflyasiyanın tempi də artıb - oktyabr ayında 1,8%, noyabrda isə 1,9% çoxalıb. Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə, noyabr ayında ərzaq məhsullarının qiyməti 3,9% artıb. UMB-in inflyasiyanın hədəf göstəricisi 5% olaraq qalır.
Bundan əvvəl Ukrayna nəşri ölkədə ərzaq qiymətlərinin sürətlə artdığını, bir il ərzində kələmin üç dəfə, kartofun isə demək olar ki, iki dəfə bahalaşdığını bildirmişdi.
17 Yanvar 2025
17 Yanvar 2025