705 min manata Lənkəranın baş planı hazırlanacaq

17:18 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Lənkəran şəhərinin baş planının hazırlanması xidmətləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 705 391 manat təşkil edir.