Neft sabitdir, Brent bir barel üçün $73,41 təşkil edir

09:25 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. Etalon markaların qiyməti bir gün əvvəl cüzi azaldıqdan sonra cümə günü ticarətdə sabitdir.

Saat 09:23-də ICE Futures birjasında Brent markalı neftin fevral fyuçersləri bir barelə $73,41 dollar səviyyəsində qalır. Dekabrın 12-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,11 (0,15%) azalaraq bir barelə $73,41-a enib.

Saat 09:23-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri dəyişməyib - bir barelə $70,02. Dekabrın 12 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,27 (0,38%) ucuzlaşaraq bir barel üçün $70,02-a düşüb.