"Amazon" şirkəti də Trampın inauqrasiyasına 1 milyon dollar xərcləyəcək

10:00 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. Amerikanın onlayn riteyleri “Amazon” ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə etmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal”da məqalə dərc olunub. 

Qəzet qeyd edir ki, “Amazon” və digər texnologiya şirkətləri respublikaçının rəhbərlik etdiyi Ağ Evin yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışır. 2023-cü ilin əvvəlində Donald Trampın iki il əvvəl bloklanmış “Facebook” və “Instagram” hesabları blokdan çıxarılıb.

Xatırladaq ki, Mark Zukerberqin “Meta” şirkəti də Trampa 1 milyon dollar bağışlayıb.