Azərbaycanda idxal olunan məhsullar bahalaşıb

10:20 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. Azərbaycana bu il xaricdən daxil olan məhsulların qiymətləri öncəki illə müqayisədə xeyli baha başa gəlir.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin ilk 10 ayı üzrə idxal edilmiş məhsulların qiymətləri öncəki illə müqayisədə 17.8 faiz daha bahadır.

Məsələn bu öncəki ay – sentyabra qədər ortalama 17.5 faiz, cari ilin ilk yarısının sonu 15.6 faiz idi.

Azərbaycan Mərkəzi Bankı idxal inflyasiyasına xüsusi diqqət yetirir. Belə ki, manatın sabit məzənnədə qalmasının dəfələrlə bu qiymət artımlarına neytrallaşdırıcı təsiri vurğulanıb.

Azərbaycan məhsullarda idxal məhsullarının mühüm paya sahib olması qiymətləri həmişə tətikləyən amil kimi baxılır. Qiymət indeksinin yüksək olması daxili istehlak mallarının maya dəyərini artırır və inflyasiyaya səbəb ola bilər. Bu, xüsusilə ərzaq və əsas istehlak mallarının idxaldan asılı olduğu vəziyyətlərdə daha çox nəzərə çarpır.