11:53 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. Bakıda yeni parkın salınmasına 38 milyon manat xərclənəcək.
ABC.AZ xəbər verir ki, park Bakının Yasamal rayonunda yerləşən Mərkəzi Parkın davamı olacaq. Belə ki, üç küçənin əhatəsində yeni parkın salınması üçün işlərə başlanılıb. Söhbət S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni parkdan və ətraf ərazilərin abadlaşdırma işlərindən gedir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən işlərin icrasının 38 000 000 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, sözügedən parkın layihəsini "Az.Arxitektura" şirkəti 1,43 milyon manata hazırlayıb.
Müəllif: Elmir Murad
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
22 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025
21 Yanvar 2025