12:02 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. 2023-cü ildə dünyanın ən qiymətli texnologiya markalarının siyahısı dərc edilib.
ABC.AZ xəbər verir ki, sözügedən siyahıda 20 texnologiya nəhəngi yer alıb. Məlum olub ki, aparıcı 20 texnologiya şirkəti arasında marka dəyərinə görə "Apple" liderdir. Belə ki, "Apple" təxminən 880 milyard ABŞ dolları marka dəyəri ilə dünyanın ən dəyərli texnologiya şirkəti olub. "iPhone" isə "Apple"ın qabaqcıl məhsulu olaraq qalır. "Google" 578 milyard dollar brend dəyəri ilə ikinci, "Microsoft" isə 502 milyard dollar ilə üçüncü yeri tutub.
Qeyd edilib ki, süni intellekt (AI) bumu dünyanı ələ keçirib. Qlobal miqyasda aparıcı texnologiya şirkətləri bu sahəyə böyük sərmayə qoymağa davam edir. "Google", "Microsoft" və "Amazon" kimi şirkətlər süni intellekt sahəsində yeniliklər etmək istəyirlər.
Müəllif: Elmir Murad
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025