11 ayda 58,3 milyard manatlıq sənaye məhsulu istehsal olunub

14:12 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 58,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.

Belə ki, sənaye istehsalı 1.1% düşüb.

Neft-qaz sektorunda məhsul istehsalı 0.6 faiz, qeyri neft-qaz sektorunda isə 7,2 faiz artıb.

Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.