15:09 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. Xəbər evrdiyimiz kimi, yanvar-noyabr ayları üzrə Azərbaycana gəlmiş və ölkəmizdən xaricə səfər edənlərin statistikası dərc edilib.
ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 faiz artaraq 106,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 faiz artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 faiz artaraq 905,8 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,9 faiz artaraq 1998,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 33,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13,0 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,5 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025