11 ayda apteklər 1.1 milyard manat gəlir əldə ediblər

15:38 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 144.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən 0.7% azalıb.

Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.