16:04 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. Azərbaycanda səfərdə olan Belarusun “BelVitunifarm” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib.
ABC.AZ xəbər verir ki, görüş çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Ə.Nəbiyev və “BelVitunifarm” ASC-nin Baş direktoru İ.Darovskix ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq və məxfilik müqaviləsi imzalayıblar.
“Əməkdaşlıq Müqaviləsi”ndə Azərbaycanla Belarus arasında sənaye əməkdaşlığının inkişafı, həmçinin respublikamızda müvafiq istehsal müəssisəsinin yaradılması ilə ölkəmizin öz istehsalı olan baytarlıq preparatları ilə təmin edilməsi və digər dövlətlərə satışının həyata keçirilməsi nəzərdə tutulub.
17 Yanvar 2025
17 Yanvar 2025