16:20 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 6121 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
ABC.AZ xəbər verir ki, bunun da 1735-i cari ildə bağlanmış müqavilələrin payına düşür.
Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
16 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025
14 Yanvar 2025