Noyabrda 6 min 748 əcnəbi Azərbaycanda yaşamaq üçün müraciət edib

16:38 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. Cari ilin noyabr ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 748 müraciət daxil olub.

DMX-dən ABC.AZ-a daxil olan məlumata görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə əlaqədar quruma 27 min 328 müraciət edilib.

Şəxslərin vətəndaşlığıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərin sayı isə 775 olub.