17:18 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. Azərbaycan 2024-cü ilin 10 ayında xaricdən 10.01 min ton həcmində qara çay idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxalın dəyəri 50.81 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, idxalın həcmi illik müqayisədə miqdar baxımından 6 faiz, dəyər baxımından isə 8 faiz artıb.
Ölkənin əsas qara çay təchizatçısı olan Şri-Lankdan 7.83 min ton qara çay idxal edilməklə keçənilki göstəricidən 1 faiz az olub, lakin dəyər illik müqayisədə 7 faiz yüksəlib . Cənubi Asiya ölkəsindən keçən il bir ton qara çayı Azərbaycana 5 172 dollara idxal edildiyi halda, bu rəqəm bu il 5 618 dollara qədər bahalaşıb. Bu da hər tonda 445 dollar qiymət artımıdır.
Hindistan, Keniya və İrandan öncəki illə müqayisədə qara çay idxalı kəskin artıb. Həmçinin qiymətlər öncəki illə müqayisədə Şrilankadan daha ucuz olub.
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
17 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025
15 Yanvar 2025