3.3 milyon manatlıq “Gilan Tea” bağlanır

17:29 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. “Gilan Tea” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilir. ABC.AZ xəbər verir ki, “Gilan Tea” MMC-nin fəaliyyətinə xitam verilərək “Green Plant” MMC-yə qoşulur.

“Green Plant” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gilan Tea” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Xatırladaq ki, “Gilan Tea” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 3 337 928.60 AZN-dir və qanuni təmsilçisi Kamil Seyfullayevdir.