Yeni ildən etibarən bu ölkənin otellərində bir neçə sənədlə qeydiyyatdan keçmək mümkün olacaq

10:55 - 17.12.2024


17 dekabr, Fineko/abc.az. Xarici pasport, sürücülük vəsiqəsi və hərbi bilet üzrə Rusiya otellərində qeydiyyat imkanı 2025-ci ildə olacaq. 

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov jurnalistlərə bildirib.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin 1 iyul 2025-ci il tarixindən etibarən otel otaqlarına sürücülük vəsiqəsi ilə daxil olma imkanını təşkil etməyi qarşısına məqsəd qoyub. Buna görə hökumət gələn ilin birinci yarısında otel xidmətlərinin göstərilməsi qaydalarına dəyişiklikləri daha tez qəbul etməlidir.
Nazir müavininin sözlərinə görə, bu günlərdə Dövlət Duması otellərdə qeydiyyat üçün hərbi biletdən istifadə etməyə icazə verən qanun qəbul edib.