11:23 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. Türkiyə iş adamlarının Azərbaycana investisiya yatırması üçün ölkəmizdə kifayət qədər münbit şərait var.
ABC.AZ xəbər verir ki, bunu media nümayəndələri ilə görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli vurğulayıb.
R.Cabbarlı Türkiyə iş adamlarının hansı səbəblərə görə Azərbaycana investisiya yatırmalı olduğunu belə izah edib:
"Azərbaycanda azad iqtisadi zonalar var, bundan əlavə bildiyiniz kimi, Zəmgəzur dəhlizi Türkiyə iş adamları üçün çox avantajlı bir resursdur. Bu Türkiyə iş adamlarının Azərbaycan vasitəsi ilə Orta Asiyaya çıxışı deməkdir. Buna baxmayaraq, Türkiyə iş adamlarının Azərbaycana az investisiya yatırmasını araşdırırıq. Hesab edirik ki, bunun əsas səbəbi müəyyən neqativ fikirlərin zaman-zaman formalaşması olub. Biz də maarifləndirmə yolu ilə bu yanlış fikirləri beyinlərdən silmək istəyirik. Bunun üçün iş adamları ilə görüşlərimiz olur, diskusiyalar həyata keçiririk. Ümid edirik ki, qısa zamanda maarifləndirmə işlərimiz öz bəhrəsini verəcək".
Müəllif: Elmir Murad
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025