11:01 - 23.12.2024
23 dekabr, Fineko/abc.az. Azərbaycan cari ildə azot gübrəsinin xammalı sayılan təbii qazın ixracdakı qiymətlərinin ucuzlaşması şəraitində istehsalının həcmini artırdığı kimi, xaricə satışını illik müqayisədə xeyli yüksəldib.
ABC.AZ xəbər verir ki, ilin ilk 10 ayında 454 min ton həcmində karbamid və ya azot gübrələri ixrac etməklə 2023-cü ilin eyni dövründə qeydə alınmış 256 min tonluq həcmi 76 faiz üstələmiş olub.
Yanvar-oktyabr ayları ərzində ölkədən xaricə satılmış karbamidə görə ümumilikdə 102 milyon ABŞ dolları dəyərində valyuta daxil olub.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid Zavodu 2019-cu il yanvarında istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
18 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025