14:49 - 23.12.2024
23 dekabr, Fineko/abc.az. “Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ilin konsolidə edilmiş maliyyə hesabatnı açıqlayıb.
ABC.AZ xəbər verir ki, QSC ötən ili 2 milyon 340 min manat xalis zərər ilə başa vurub. Halbuki, 2022-ci ili 1 miylon 856 min manat xalis mənfəət ilə bağlamışdı.
“Ekol Mühəndislik Xidmətləri”nin gəlirləri 2022-ci ildə 40 milyon 905 min manat ikən, 2023-cü ildə 35 milyon 66 min manata düşüb. Gəlirlər son bir il ərzində 5 milyon 839 min manat və ya 14,3% azalıb.
Şirkətin cəmi xərcləri və məsrəfləri 1 milyon 177 min manat, başqa sözlə 3% azalaraq 35 milyon 495 min manata düşüb.
QSC-nin əmək haqqı ödənişləri 359 min manat (1,6%) azalaraq 21 milyon 444 min manata düşüb.
Köhnəlmə və amortizasiya xərcləri 2 milyon 787 min manat, istifadə olunmuş xammal və xərc materiallarının dəyəri 2 milyon 279 min manat, subpodratçılar tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1 milyon 306 min manat, kommunal xərclər 459 min manat, birgə müəssisədəki investisiyanın dəyərsizləşməsi 351 min manat, icarə xərcləri 99 min manat, sair xərclər 7 milyon 59 min manat, törəmə müəssisənin alınması üzrə gəlri isə 289 min manat təşkil edib.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025