13:25 - 6.11.2017
6 noyabr, Fineko/abc.az. “ATA Travel” turizm şirkəti ixsisas üzrə təhsil alan tələbələr üçün turizm sahəsində PR-ın təşkili üzrə seminar keçirəcək.
Şirkətin məlumatında deyildiyi kimi, seminarda “Alibayov Consulting” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyov və “AtaHolding”-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova turizm sahəsində PR-ın təşkili haqqında iştirakçılara məlumat verəcək.
“Xüsusilə, turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq”, - məlumatda belə deyilir.
Həmçinin deyilir ki, seminar əsnasında Azərbaycan üçün yeni “Qeobrendinq” haqqında məlumat təqdim ediləcək. Seminar iştirakçılarına sertifikatlar veriləcək. Seminarda iştirak etmək istəyən tələbələr [email protected] elektron ünvanına CV göndərə bilərlər.
Seminar 14 noyabr 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” mehmanxanasının “Dəhnə” zalında keçiriləcək.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024