Azərbaycanın İtaliyaya satdığı fındığın qiyməti 26 faiz bahalaşıb

10:03 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Azərbaycan bu il İtaliyaya qabığı təmizlənmiş meşə fındığını öncəki illə müqayisədə 26 faiz baha satır, lakin həcm düşüb.

ABC.AZ-ın məlumatına görə, cari ilin ilk 10 ayında ümumi həcmi 1 378 ton olan qabığı təmizlənmiş meşə fındığı ixrac edib. Bunun da ixrac dəyəri 10.03 milyon dollar təşkil edib.

Beləliklə, ixrac edilmiş fındıq İtaliyaya illik müqayisədə miqdar baxımından 37 faiz, dəyər baxımından isə 21 faiz azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Ötən ilin ilk 10 ayında ixrac edilmiş fındığın bir tonu 5 760 dollar olduğu halda, cari ildə bu rəqəm 7277 dollara qədər bahalaşma yaşayıb. Yəni bir tonu öncəki ildən 1517 dollar daha çox əlavə valyuta gətirmiş olub.