4 sığorta şirkətinin yığımları azalıb – Siyahı

17:08 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. 2023-cü ilin eyni ayları ilə müqayisədə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın 17 sığorta şirkətindən 4-nin sığorta haqları azalıb, 13-nin isə artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən çox artan “Meqa Həyat Sığorta ” şirkətidir (2.4 dəfə) və ən çox azalan isə “İpək Yolu Sığorta” şirkətidir ( -63%)

Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.