Ötən il 30 min nəfər narkotik istifadəçisi narkoloji dispanserdə qeydiyyata alınıb

11:09 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Respublika Narkoloji Dispanserdən verilən statistikaya görə, ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi azyaşlı uşaqları olan valideyinlərə diqqətli olmağı tövsiyə edir. Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.

Məlumata əsasən istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.

Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

Bütün xəbərlər