16:29 - 25.12.2024
25 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının son açıqlamasına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42.7% artaraq 2.8 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixrac 1.6 milyard dollar, idxalı 1.2 milyard dollar olub.
Beləliklə ixrac idxalı üstələyərək 0.4 milyard dollarlıq profisit yaradıb.
Bu müddət ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18.9%, ölkəyə gələn xarici vətəndaşların sayı isə 29.1% artıb.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025