10:34 - 26.12.2024
26 dekabr, Fineko/abc.az. Peru Hökuməti Talara əyalətinin sahillərinin böyük hissəsini neft dağılması səbəbindən ekoloji fəlakət zonası elan edib.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin ətraf mühitin mühafizəsi Nazirliyi məlumat verib.
"Nazirlik Talara vilayətinin bir hissəsində 90 gün müddətinə fövqəladə ekoloji vəziyyət elan edir və təcili və qısamüddətli fəaliyyət planını təsdiqləyir", — deyə məlumatda qeyd edilir.
Neft dağılması dekabrın 20-də Talara şəhərindəki neft emalı zavodunda baş verib. Hakimiyyət orqanlarının məlumatına görə, təxminən 10 min kvadratmetr su sahəsi təsirlənib. Peru Prokurorluğu Petroperu Neft Şirkəti ilə bağlı istintaqa başlayıb.
Səlahiyyətlilər, zərər çəkmiş fauna nümayəndələrini xilas etmək üçün daşqından təsirlənən çimərliklərə mütəxəssislər göndəriblər.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025