Mərkəzi Bank onların lisenziyasını ləğv etdi

11:31 - 26.12.2024


26 dekabr, Fineko/abc.az. Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu qərar dekabrın 24-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv olunub.