14:39 - 26.12.2024
26 dekabr, Fineko/abc.az. Bu il Hindistan ilk dəfə olaraq ölkədə keçirilən IPO-ların həcminə görə Çini keçərək və yalnız ABŞ-dən geri qalaraq dünyada ikinci yeri tutacaq.
ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times”da məqalə dərc edilib.
Onun hesablamalarına görə, ABŞ-də IPO zamanı il ərzində 42.4 milyard dollar toplanıb, Hindistanda isə bu rəqəm 18 milyard dollar təşkil edib. Qeyd edək ki, 2023-cü ildə IPO həcminə görə birinci yeri tutan Çin bu il 7.5 milyard dollarla üçüncü yerdə qərarlaşıb.
İlkin kütləvi təkliflərin sayı cəhətdən də Hindistan birincidir – 310 IPO. Ondan sonra ABŞ (226), Cənubi Koreya (117) və Çin (84) gəlir. 2024-cü ildə Hindistanda ən böyük kütləvi yerləşdirmələr arasında avtomobil istehsalçısı “Hyundai Motor India” (3.3 milyard dollar) və onlayn qida çatdırılması xidməti “Swiggy”nin (1.4 milyard dollar) IPO-ları var.
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025