Mərkəzi Bankın SOCAR törəməsi barədə cərimə qərarına xitam verildi

17:28 - 26.12.2024


26 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın SOCAR törəməsi barəsində tərtib etdiyi cərimə protokoluna məhkəmə tərəfindən xitam verilib.

ABC.AZ xəbər verir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılan işdə “SOCAR Midstream Operations” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib etdiyi cərimə təmin edilməyib.

Məhkəmə inzibati xəta tərkibi olmadığını əsas gətirməklı icraata xitam verib.

Qeyd edək ki, buna qədər də 1-ci instansiya məhkəmələri AMB-nin yazdığı bir neçə cərimə protokoluna xitam verib.