Dövlət büdcəsindən utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq

14:51 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq.

ABC.AZ xəbər verir ki, nu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 2 dəfə çoxdur.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə bu ilin fevral ayından başlanılıb.