İlk dəfə Azərbaycan şirkəti Türkiyə bazarından qiymətli kağız alıb

11:45 - 28.12.2024


28 dekabr, Fineko/abc.az. İlk dəfədir ki, Azərbaycan şirkəti Türkiyə bazarından qiymətli kağız əldə edib.

ABC.AZ xəbər verir ki, xəbər verir ki, bunu "E-vote" sistemi ilə bağlı keçirilən brifinqdə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev bildirib.

Sözügedən qiymətli kağızlarla bağlı detallı məlumat verən A.Xudaverdiyev kağızların 940 ədəd oluğunu bildirib:

"Türkiyə bazarından qiymətli kağızları alan invesitisiya şirkəti "ABB invest"dir. Belə ki, dekabrın 27-də "ABB invest" MDM-in köməyi ilə Türkiyə bazarından qiymətli kağızlar əldə edib. Kağızlar MDM-də saxlanılacaq. Bütün bu yeniliklər Mərkəzi Bankın 2024-26-cı illər strategiyasına uyğun həyata keçirilir.  İnanıram ki, bu Azərbaycan iqtisadiyyatının gələcək inkişafına böyük töfhə vermiş olacaq".

Müəllif: Elmir Murad