MDM depo hesabları üzrə yeni arxitektura formalaşdırıb

11:52 - 28.12.2024


28 dekabr, Fineko/abc.az. Milli Depozit Mərkəzi (MDM) depo hesablarının açılması üzrə yeni arxitektura formalaşdırıb.

ABC.AZ xəbər verir ki, bunu MDM-nin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Mərkəzin “E-Vote" sisteminin tətbiqi ilə bağlı keçirilən brifinqdə deyib.

Artıq investisiya şirkətlərinin müştəriləri API vasitəsilə məsafədən depo hesablar aça bilir deyən A.Xudaverdiyev bildirib ki, onlar həmçinin, balanslarında olan qiymətli kağızlarla bağlı məlumatları əldə edə bilərlər:

“Bu yeni infrastruktur qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq hazırlanıb və Azərbaycanın kapital bazarının inkişafına mühüm töhfə verəcək. Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Bankının səhmlərinin ilkin yerləşdirilməsi zamanı tətbiq edilən rəqəmsal həllər uğurla sınaqdan keçirildi. Nəticədə investorlar mobil tətbiq vasitəsilə açılmış depo hesablarından sifarişlərini rahat şəkildə yerləşdirə bildilər. Təkrar bazar əməliyyatlarının nəticələrinin qiymətli kağızlar balanslarında əks etdirilməsi imkanı da təmin edilib”.

Müəllif: Elmir Murad