12:04 - 28.12.2024
28 dekabr, Fineko/abc.az. Bundan sonra səhmdarların ümumi yığıncağı məsafədən keçirilə biləcək.
ABC.AZ xəbər verir ki, bunu Milli Depozit Mərkəzinin "E-vote" sistemi ilə bağlı keçirilən brifinqində Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev deyib.
O bununla yanaşı səhmdarların iclasa qatılmadan səsverə biləcəklərini vurğulayıb.
Bunlar hamısı yeni istifadəyə verilmiş elektron səsvermə sistemi (E-vote) vasitəsi ilə mümkün olacaq. "Bununla bağlı olaraq səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə bildiriş və məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalı vasitəsilə elektron formada təqdim edilib (yerləşdirilib). Səhmdarların şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyi və gündəlikdəki məsələlərlə tanış olub elektron səsvermə imkanından istifadə etmələrinə şərait yaradılıb", - deyə A.Xudaverdiyev qeyd edib.
Müəllif: Elmir Murad
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025