Dövlət Turizm Agentliyi bir qoruğu abadlaşdırmağa 1.34 milyon manat xərcləyəcək

11:58 - 29.12.2024


29 dekabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi “RİCON” MMC ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Lahıc qəsəbəsində yerləşən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması nəzərdə tutulub.

Müqavilənin ümumi dəyəri 1 336 378 manatdır.

Qeyd edək ki, “RİCON” MMC 2003-cü ildə təsis olunub. Şirkət Tikinti sahəsində ixtisaslaşıb.